Mart 01, 2024 13:35 Asia/Baku
  • Seçki meydanının məğlubu yoxdur

İran İslam Respublikası prezidenti deyib: Bu meydanın qalibi, İran xalqıdır və onun məğlubu yoxdur, çünki hamı öz borcunu yerinə yetirib.

İran prezidenti Seyid İbrahim Rəisi daxili işlər nazirliyinin seçki qərargahında olaraq, öz səsini seçki qutusuna salıb.

Rəisi səs verdikdən sonra söyləyib: Seçkilər, İslam İnqilabının mövlududur. Xalqın səsi təyinedicidir və ölkənin bütün bölmələri xalqın səsi ilə təyin olunur və bu məsələ islami quruluşun iftixarlarındandır.

O, əlavə edib: İmam(r.ə)-in «Meyar, xalqın səsidir» dediyi ilk gündən bu günədək/ meyar, xalqın səsi olub və bu seçkilər, milli şənlik,/ milli birlik simvoludur. Bütün siyasi qruplar bu gün malik olduqları namizədlərlə gəliblər ki, İran xalqı üçün möhtəşəm bir gün yaratmış olsunlar.

Ölkə prezidenti vurğulayıb: İrandakı seçkilərin digər ölkələrdəki seçkilərdən fərqi budur ki, bütün namizədlər və bütün seçicilər üzərlərinə düşən vəzifə əsasında hərəkət edirlər, yəni namizəd olmağı və səs verməyi özlərinə borc bilirlər.

Rəisi əlavə edib: Bu meydanın qalibi, İran xalqıdır və onun məğlubu yoxdur, çünki hamı öz borcunu yerinə yetirib və bu borc, seçkilərdə iştirakdan ibarətdir.