Mart 05, 2024 19:51 Asia/Baku
  • ABŞ-dan Əlaləm-ə qarşı qərəzli media tədbiri

Amerikadakı media şirkətləri Qəzzəni himayə etdiyinə və sionist rejimin hücumları ilə bağlı əhvalatları yaydığına görə, ərəbdilli Əlaləm informasiya kanalının sosial şəbəkələrdəki səhifə və hesablarını bağlayıblar.

«X», YouTube və İnstaqram sosial şəbəkələrinin başçıları qeyri-peşəkar bir hərəkətdə və istənilən söz azadlığına qarşı çıxmaq istiqamətində, eləcə də bu haqda heç bir izahat vermədən, ərəbdilli Əlaləm informasiya kanalının səhifə və hesablarını bağlayıblar.

Bu istiqamətdə, YouTube Əlaləm informasiya kanalının öz saytındakı hesabını öncədən heç bir xəbərdarlıq etmədən bağlayıb və bu kanalın Google-dakı istifadəçi hesabını da xəbərdarlıq göndərmək və email vasitəsilə etiraz imkanı kimi adi gedişata qarşı çıxmaqla/ silibdir.

Amerikadakı sosial media şirkətlərinin Əlaləm-ə qarşı hərəkətlərinin fonunda qeyd edək ki, bu kanal daim İsrail rejiminin Qəzzəyə qarşı hücumları və işğalçıların törətdikləri soyqırımını əks etdirməyə çalışıbdır.

Onu da qeyd edək ki, ilk dəfə deyildir ki, Əlaləm kanalının sosial şəbəkələrdəki hesabları məhdudlaşdırılır. Facebook 2020-ci ildə kanalın İnstaqramda təsdiqlənmiş səhifəsini sildi. «X» sosial şəbəkəsi də o zaman yüz minlərlə izləyiciyə malik olmasına rəğmən, Əlaləmin səhifəsini bağladı. Bir neçə ay sonra Facebook da dünya səviyyəsində yeddi milyon nəfərdən çox insanın izlədiyi Əlaləm-in səhifəsini sildi.

İnformasiya azadlığı cərəyanı iddiaçısı olan Qərb ölkələri bu sahədə verdikləri şüarlara rəğmən, əməldə rəqib informasiya cərəyanları, o sıradan «Cahane Şərq» və onun kənarında Əlaləm və Press TV kanalları kimi İran İslam Respublikası mediaları qarşısında daim göstəriblər ki, eyni istiqamətdə getməyən medialara dözmürlər və müxtəlif yollarla bu mediaların səslərini kəsmək niyyətindədirlər.

 

Teqlər