Mart 07, 2024 20:59 Asia/Baku
  • İran XİN sözçüsü: Üçlü ada İran torpaqlarının ayrılmaz və əbədi hissəsidir

İran Xarici İşlər Nazirliyinin sözçüsü Deyib:"Üçlü Əbu Musa, Böyük və Kiçik Tunb adaları İran ərazisinin ayrılmaz və əbədi hissələridir və İran İslam Respublikası heç vaxt öz ərazi bütövlüyünü müzakirə olunası hesab etmir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Küveyt əmirinin Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı verilən yekun bəyanatında İranın Fars körfəzindəki üç adası və Arəş qaz yatağına sahibliklə bağlı yar alan əsassız iddialara münasibət bildirərkən, bu müdaxiləçi bəyanatın bəzi bəndlərinin müddəalarını rədd edərək, deyib: "Dəfələrlə vurğulandığı kimi, Əbu Musa, Böyük Tunb  və Kiçik Tunb adaları İran torpağının ayrılmaz və əbədi hissəsidir və bu bəyanatda və ya digər görüşlərin təkrarlanan bəyanatlarında onlara işarə edilməsinin heç bir siyasi və hüquqi dəyəri yoxdur və İranın daxili işlərinə müdaxilə hesab olunur".

Kənani əlavə edib: "İran İslam Respublikası heç vaxt öz ərazi bütövlüyünü müzakirə edilə bilən hesab etmir".

Kənani Küveytin Arəş meydanı ilə bağlı təkrar iddiası haqda deyib: "Biz dəfələrlə demişik ki, bu cür bəyanatlarda birtərəfli iddiaların irəli sürülməsi iddiaçı üçün heç bir hüquq yaratmır"

Kənani əlavə edib:  "İran və Küveyt arasında əvvəllər aparılmış texniki və hüquqi danışıqlar bu məsələnin həlli üçün ən yaxşı və uyğun yoldur və İran Küveyt hökuməti ilə bu danışıqları ümumi maraqlara hörməti ehtiva edən çərçivədə davam etdirməyə hazırdır. İran İslam Respublikası hesab edir ki, Arəş meydanı ilə bağlı ədalətli razılaşma yalnız müsbət və konstruktiv atmosfer yaratmaq və müştərək hüquq və mənafelərə hörmət etməklə əldə edilə bilər".

Teqlər