Mart 10, 2024 15:26 Asia/Baku
  • İngiltərənin ən böyük onlayn qumar və mərc oyunları şəbəkəsi saxlanılıb

İran Təhlükəsizlik Nazirliyinin verdiyi məlumatda ölkənin Ədliyyə nazirliyi və Mərkəzi Bankın köməkliyi ilə 14 aylıq olduqca mürəkkəb axtarış-əməliyyat tədbirləri nəticəsində xarici dairələr tərəfindən idarə olunan ən böyük mütəşəkkil İnternet qumar və mərc oyunları şəbəkəsi müəyyən edilərək zərərsizləşdirilib.

İran Təhlükəsizlik Nazirliyinin açıqladığı məlumatda qeyd edilir ki, fəaliyyət mərkəzi İngiltərədə yerləşən məxfi qruplaşma tərəfindən qurulan və yönləndirilən bu şəbəkənin ölkədə 35006 bank hesabından, 1200 icarəyə götürülmüş bank portalından və 54 böyük qumar və mərc oyunlarından qeyr-qanuni əldə etdiyi külli miqdarda rial və valyuta vəsaitləri müsadirə edilərək götürülüb.

Nazirlik bildirir ki, Londonda yerləşən mafiya şəbəkəsi tamahkar qumarbazları şirnikləndirmək üçün onların qumardan qazanc olaraq əldə etdiyi vəsaitin bir hissəsini qumarbazların hesablarına yatırır və qalan məbləğin böyük bir hissəsini İngiltərəyə köçürürmüş.

Axtarış tədbirləri nəticəsində ortaya çıxan maraqlı məsələlərdən biri də, Britaniya hökumətinin saxta və qeyri-qanuni vəsaitlərdən külli miqdarda vergilər almaqla Londonda yerləşən dəstənin çirkli pulların yuyulmasına və digər cinayət əməllərinə göz yumması və cinayətkarların törətdiyi əməllərə şərait yaratması olub.

Bu hesabatda aydınlıq gətirilir ki, İngiltərədə yerləşən şəbəkə İslami dəyərlərlə yanaşı İranın milli-mənəvi mədəniyyətinə ləkə gətirmək və müsəlman cəmiyyətində çökmüş qumar mədəniyyətini adiləşdirərək geniş təbliğat vasitələrindən istifadə yollarının formalaşmasını güdürmüş.

 

Təhlükəsizlik Nazirliyi daha sonra belə bir cinayət əməllərini törədən və ölkənin iqtisadi təhlükəsizliyinə xələl gətirmək istəyən şəxsləri qətiyyətlə nəzarətdə saxlayacağına və onları məhkəmə orqanlarına təhvil verəcəklərinə ciddi xəbərdarlıq etmişdir.