İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulundan şad xəbər:
Naxçıvan-İran sərhədi açılır
Mart 14, 2024 17:25 Asia/Baku
Naxçıvan Muxtar Respublikası ilə İran arasında quru sərhəd yenidən açılacaq.
Axar.az xəbər verir ki, bunu İranın Naxçıvandakı baş konsulu Əziz Mənsuri deyib.
Konsul bildirib: “Azərbaycan Respublikası ilə milli maraqları, iqtisadi və siyasi keçmişi nəzərə alaraq, Naxçıvan vətəndaşlarını qarşılamaq üçün hazırlıq işləri gedir”.
Qeyd edək ki, sərhədin bağlı qalması yerli əhalinin güzəranına mənfi təsir göstərib, eyni zamanda Azərbaycan vətəndaşları İrandakı müasir tibbi xidmətlərdən məhrum olmuşlar. Ona görə də baş konsulun sərhədin açılacağı barədə məlumat verməsi Naxçıvanda böyük sevinclə qarşılanlb.