Mart 14, 2024 20:03 Asia/Baku
  • İranlı admiral: Rusiya-İran-Çin təlimi yeni dəniz ittifaqının yaranmasından xəbər verir

“Dəniz Təhlükəsizlik Kəməri 2024” manevrlərinin sözçüsü deyib: "Dünya Hind okeanının şimalında təhlükəsizliyin təmin edilməsi üçün İran, Çin və Rusiya arasında yeni dəniz ittifaqının yaranmasına şahidlik edir".

"Dəniz Təhlükəsizlik Kəməri- 2024" təlimi "Sülh və Təhlükəsizliyin ərqərar olması üçün birlikdə" şüari ilə Hind okeanının şimalında 17 min kvadrat kilometrlik bir ərazidə İran, Rusiya və Çin Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə keçirilir və cümə gününə qədər davam edəcək. 

"Dəniz Təhlükəsizlik Kəməri- 2024" təliminin sözçüsü ikinci admiral Mustafa Tacəddini bu barədə televiziya proqramında deyib: "Bu mühüm təlimlər ardıcıl beş ildir keçirilir. Region ölkələri İran İslam Respublikasının təşəbbüsü əsasında bu təlimi keçirilməsindən məmnundurlar".

Admiral Tacəddini bu təlimin kommunikasiya xətlərinin təhlükəsizliyinin təmin edilməsi və dəniz piratçılığı və terrorizmi fenomeni ilə mübarizə məqsədi ilə keçirildiyini bəyan edərək,  əlavə edib: "Hazırda üç əsas ölkə (İran, Çin və Rusiya) və 5 müşahidəçi ölkə (Azərbaycan, Qazaxıstan, Oman, Pakistan və Cənubi Afrika" bu təlimdə iştirak edirlər. 

Beş müşahidəçi ölkə nümayəndələr göndərərək, qarşıdakı illərdə əsas üzv kimi iştirak etmək üçün təlimin keyfiyyətini nəzərdən keçirirlər. 

"Dəniz Təhlükəsizlik Kəməri- 2024" təliminin sözçüsü qeyd edib ki, oğurlanan gəmilərin sərbəst buraxılması təlimin son günündə ən mühüm məşq olacaq və İran İslam Respublikası Ordusunun və İslam İnqilabı Keşikçiləri Korpusunun gəmilərindən, Çin Hərbi Dəniz Qüvvələrinə və Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərdən ibarət iki donanma sudan və havadan sızaraq bu gəmiləri azad etmək üçün hərəkətə keçəcəklər.