İran müsəlmanlara qarşı hər hansı zorakılığı pisləyir
İran İslam Respublikası müsəlmanların müqəddəsləri, prinsipləri və inamlarına, həmçinin müsəlmanlara qarşı zorakılıq, terror hücumları və hər cür nifərt və ayrı-seçkilik xarakterli çıxışları kəskin tərzdə pisləyir. Bunları, İranın BMT-dəki səfiri və daimi nümayəndəsi vurğulayıb.
İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir-Səid İrəvani cümə günü ümumdünya islamofobiya ilə mübarizə gününə həsr olunmuş yığıncaqda deyib: İran İslam Respublikası sosial media platformaları və digər media vasitələri də daxil olmaqla anti-İslam kampaniyalar şəbəkəsinin xəbərdarlıqedici tərzdə genişlənməsindən nigarançılıq ifadə etməklə müsəlmanların müqəddəsləri, prinsipləri və inamlarına, həmçinin müsəlmanlara qarşı zorakılıq, terror hücumları, eləcə də hər cür nifrət və ayrı-seçkilik xarakterli çıxışları kəskin tərzdə pisləyir.
O, vurğulayıb: Hər yerdə olurlarsa-olsunlar, belə hərəkət və siyasətlər, dünyanın hər bir yerində bütün müsəlmanlara, xüsusən azlıqda və ya xarici işğal altında olmaq kimi kövrək mövqelərdə yaşayan müsəlmanlara dağıdıcı təsirlər göstərəcək.
İrəvani əlavə edib: Bu istiqamətdə, dünya hələ də işğal altında olan fələstinlilərə qarşı gündəlik təcavüzlərin şahididir və İsrail rejimi işğalçı bir rejim kimi İslam və terrorizm arasında birbaşa əlaqə yaratmaq yolu ilə, özünün bütün aparteid hərəkətləri və cinayətlərini əsaslandırmaq üçün öz müttəfiqlərinin həmkarlıqları ilə əbəs cəhd göstərir.
O, sonra söyləyib: Nəinki İslam günahsız mülkilərin qırğın edilmələrini qadağan edib, həm də terrorizmi və terrorizmə gətirib çıxaran zorakı ekstremizmi heç bir din, milliyyət, sivilizasiya və etnik qrupla əlaqəli hesab etmək olmaz və edilməməlidir də.
İrəvani sonda deyib: İran İslam Respublikası 76 drob 254 saylı qətnaməsinin hamilərindən biri kimi islamofobiya və dini ekstremizmlə mübarizə üzrə səylərə öz dəstəyini davam etdirməkdə əzmkardır.
BMT 2022-ci ildə 76 drob 254 saylı qətnaməni qəbul etməklə martın on beşini ümumdünya islamofobiya ilə mübarizə günü elan etdi. Bu qərar, beynəlxalq səviyyədə islamofobiya ilə mübarizədə bir dönüş nöqtəsidir.