Müəzzəm Rəhbər Yeni il münasibəti ilə xalqı təbrik etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullahul Uzma Xamenei 1403-cü Günəş ili münasibətilə təbrik müraciətində İran xalqını, xüsusilə şəhid ailələrini və Novruz bayramını qeyd edən bütün xalqları təbrik edərək bu yeni ilin şüarını “xalqın iştirakı ilə istehsal sıçrayışı ili” adlandırıblar.
Müəzzəm Rəhbər şəhidlərin və şəhidlər imamının xatirəsini hörmətlə yad edərək, İran xalqının təbiət və mənəviyyatın iki baharının gözəlliyindən bəhrələnməsini arzu etmişlər. O həzrət ötən ilin şirin və acı hadisələrini xatırladaraq buyublar: “Ötən ilin şirin və xoş xəbərləri arasında Elm və texnologiyanın inkişafı, ölkənin əsas istehsalat infrastukturları , xalqın müxtəlif meydanlarda, xüsusilə Qüds və 22 Bəhmən günündə, seçkiləri tam təhlükəsiz və sağlam keçirilməsində coşqu ilə iştirakı və eləcə də dövlətin müxtəlif beynəlxalq iqtisadi və siyasi istiqamətdə aparıcı siyasəti diqqətə layiq idi” İnqilab Rəhbəri keçən ilin acı xəbərlərindən ən mühümü xalqın iqtisadi və məişət problemləri olduğunu qeyd edərək bildiriblər ki, Şəhid Süleymaninin ildönümündə Kermanda yaşanan acı hadisə, Bəlucistanda sel və son aylarda ölkədə təhlükəsizliyi təmin edən polis və hərbçilərin başına gələn hadisələr ötən ilin baqşa bir acı hadisələri arasında idi, lakin Qəzzədə baş verən hadisəni isə, ən acı hadisə hesab etmək lazımdır.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri keçən ilin şüarına toxunaraq, inflyasiyanın qarşısının alınması və istehsalın genişləndirilməsi istiqamətində görülən işləri yaxşı, lakin arzuolunan qədər olmadığını buyuraraq, qısa müddətdə belə bir mühüm məsələnin tam şəkildə reallaşmasını gözləmək lazım gəlmədiyini qeyd etmişlər. O Həzrət, Yeni ildə də ölkənin əsas probleminin hələ də iqtisadiyyat olduğunu və bunun ölkənin əsas zəif sahəsi kimi öz aktivliyini bərpa etməli olduğunu vurğulamışlar. Həzrət Ayətullahul-Uzma Xamenei daha sonra vurğulayıblar: “İqtisadçı ekspertlərin fikirlərindən belə qənaətə gəlmək olar ki, ölkənin iqtisadi problemlərinin, o cümlədən “inflyasiya”, “məşğulluq” və “milli valyutanın dəyəri”nin həllinin kilid nöqtəsi “istehsal” məsələsidir. Elə bu səbəbdən də son bir neçə ildə İstehsal məsələsi üzərində ciddi dayanılır. “Biz buna uyğun şəkildə, yeni ildə də istehsal məsələsinə arxalanır və bu məsələdə ciddi sıçrayış gözləyiri”-deyə təkidlə vurğulayan İslam İnqilabının Ali Məqamlı Rəhbəri, iqtisadiyyat və istehsal sahəsində xalqın iştirakı olmadan bu istiqamətdə sıçrayışın mümkün olmayacağını diqqətə çatdırmış və əhalinin istehsal sektorunda iştirakına mane olan əngəllərin aradan qaldırılmasına və belə bir böyük imkanlara malik bir gücün fəaliyyətinə ciddi önəm verilməli olduğunu qeyd etmişlər. Daha sonra Həzrət Ayətullah Xamenei buyurublar ki, bu məsələni nəzərə alaraq, 1403-cü ilin şuarını “Xalqın iştirakı ilə istehsal sıçrayışı” adlandırıldı və ümid edirik ki, bu istiqamətdə düzgün planlı işlərin görülməsi və bu sahədə mütəxəssislərin həmkarlığı və fəal iqtisadçıların praktiki iştirakı ilə, bu şüarın reallaşması üçün ən yaxşı şərait təmin ediləcəkdir. Müəzzəm Rəhbər sonda Həzrət Bəqiyyətullaha (ə.s) təvazökarcasına salamlar söyləyərək, uca Allahdan böyük və əziz İran xalqının uğurlu gələcəyi istəmişlər.