"İstənilən problem dialoq yolu ilə həll edilməlidir'
https://azeri.sahartv.ir/news/İran-i409681-İstənilən_problem_dialoq_yolu_ilə_həll_edilməlidir'
Tehran Ermənistanla Azərbaycan arasındakı hadisələri çox diqqətlə izləyir.
(last modified 2024-03-25T10:38:38+00:00 )
Mart 25, 2024 14:37 Asia/Baku

Tehran Ermənistanla Azərbaycan arasındakı hadisələri çox diqqətlə izləyir.

Bunu İranın Ermənistandakı səfiri Mehdi Sübhani NEWS.am-a müsahibəsində Ermənistan hakimiyyətinin Bakının tələbi ilə Tavuş bölgəsindəki 4 qeyri-anklav kəndini Azərbaycana təhvil vermək qərarına münasibət bildirərkən deyib.

Diplomat qeyd edib: “Biz hadisələri çox diqqətlə izləyir və gərginliklə bağlı yayılan söz-söhbətlərdən sevinmirik. Hesab edirik ki, istənilən problem dialoq yolu ilə həll edilməlidir. Odun üstünə su tökməliyik, yağ töksək, alov alacaq”.

“Tehran Azərbaycanın Ermənistana hücum etmək təhlükəsini görürmü?” sualına İran səfiri belə cavab verib: “Ümid edirik ki, belə bir şey olmayacaq”.