Mart 30, 2024 15:01 Asia/Baku
  • İran Silahlı Qüvvələrinin Baş Qərargahı

İran Silahlı Qüvvələrinin Baş Qərargahı İran İslam Respublikası günü ilə bağlı bəyanat yayaraq İnqilab tarixinin əlamətdar günlərindən sayılan 31 Mart (12 Fərvərdin) günü İran İslam Respublikası Günü olaraq inqilabçı, uzaqgörən, imanlı, fəxrə layiq, öz soy və kökünü qorumuş millətin günü olduğunu vurğulayıb.

İslam İnqilabının banisi İmam Xomeyninin (r) başçılıq etdiyi şanlı İnqilab qələbəsindən sonra, 1979-cu ildə bütün İranda İslam Respublikası referendumu keçirildi.

1 aprel 1979-cu il elan edilmiş bu referendumun nəticələrinə görə, referendumda iştirak etmək hüququ olanların 98 faizindən çoxu İslam Respublikasının yaradılmasına razılıq verib.

Bu münasibətlə Fərvərdin ayının 12-ci günü yəni 31 Mart İran təqvimində İran İslam Respublikasının günü olaraq qeyd edilib.

Bu şanlı gün münasibətilə, İran Silahlı Qüvvələrinin Baş Qərargahı bəyanat yayıb. Bəyanatdan elan edilir ki, bu gün İmam Xomeyninin (r) rəhbərliyi altında xalqın öz müqəddəratını təyin etmək və İran İslam Respublikasının üzərində hər hansı xarici hökmranlığı rədd etmək iradəsinin əsas göstəricisi günüdür. Xalqın güclü iradəsi və Ali Rəhbərinin müdrik siyasəti nəticədə güclü Nizam və Dini demokratiyaya əsaslanan İran İslam Respublikası hakimiyyəti öz suvernliyini tam bərqərar etmiş oldu.

Bəyanatın ardında bildirilir ki, İran İslam Respublikası hakimiyyəti İslam İnqilabı və İranın ədalətli ali dini şəxsiyyətlərinin, fəqih və müdrik siyaətçilərinin və eləcə də xalqın əsrlər boyu davam edən mübarizəsindən nəşət tapan və dini demokratiyaya əsaslanan siyasi müstəqilliyin və azadlığın təminatçısıdır. Bu hakimyyət dünyanın bütün azad xalqları üçün əsl nümunə kimi öz müqəddəratını qurub.

 

 

Teqlər