İranda İslam Respublikası günü qeyd olunur
31 mart Allah Günü olaraq yaddaşlara keçib - TƏHLİL
31 mart 1979-cu il təkcə İran İslam Respublikasının təqvimində deyil, həm də məzlumlar və azadlıq hərəkatları və zülm, təkəbbür və müstəmləkəçiliklə mübarizə aparan xalqlar üçün böyük bir gündür.
İslam İnqilabının qələbəsindən çox az sonra İranın müsəlman xalqı tarixi referendumda iştirak edərək, ölkədə müqəddəs İslam sisteminin qurulmasına “hə” dedi və İran adını dünyaya yüksəltmək üçün böyük bir addım atdı.
Hər il martın 31-i bəşəriyyət tarixinin ən böyük və ən mühüm referendumlarından birinin keçirilməsini xatırladır ki, bu referendumda İranın inqilabçı xalqı təxminən 99 faiz səslə İran İslam Respublikasının qurulmasına “hə” səsini verib. Ona görə də 31 mart İslam İnqilabının təkcə İran xalqı üçün deyil, həm də azad xalqlar üçün ən yaddaqalan günlərindən biridir.
İran İslam Respublikasının (r.a) banisi Həzrət İmam Xomeyni 12 Fərvərdin 31 martı vəsf edərək deyib: “Bu gün İslam hökumətinin ilk günü və Allahın günüdür və İran xalqının ilahi ayələrə əməl edərək İslamı dirçəltdiyi gündür.
Ona görə də 31 mart bəşəriyyət tarixində ən mühüm və həlledici məqamlardan biri, İmam Xomeyninin (r.ə) rəhbərliyi altında öz müqəddəratını təyin etmək və İran üzərində hər hansı xarici hökmranlığı rədd etmək günü kimi xarakterizə olunur.
Beləliklə də İran İslam Respublikası adı altında dini demokratiyaya əsaslanan İslam sistemi xalqın 98.2 faizinin səsi əsasında quruldu və yaradıldı.
Əslində, 31 mart və İslam Respublikasının qurulmasına yol açan referendum siyasi müstəqillik və hər cür müstəmləkəçi və təkəbbürlü buxovlardan azad olmaq istəyən xalqının illərlə apardığı mübarizəsinin nəticəsi idi. Həm də ABŞ və İngiltərə başda olmaqla, hegemoniya sistemindən xilas olmaq istəyən xalqların ümid nöqtəsinə çevrildi. Məhz bu istiqamətdə anti-imperialist qiyamların davam etməsi, müqavimət cəbhəsinin formalaşması və güclənməsi bütün dünyada İslam inqilabı mədəniyyətinin meydana gəlməsinin nəticəsidir. Başqa sözlə 31 mart İslam İnqilabının qələbəsi, monarxiyanın İslam Respublikasına çevrilməsi, İranda siyasi müstəqilliyin əldə olunması, regional və beynəlxalq arenada hürriyyət axtaran insanlara açıq bir mesaj idi ki, zülm sistemini boş əllə məğlub etmək olar.