Apr 24, 2024 11:02 Asia/Baku
  • Prezident İbrahim Rəisi Şri-Lankaya səfər edib

İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi Pakistana rəsmi səfərinin sonuncu günündə bu ölkənin yüksək rütbəli rəsmiləri ilə görüşdən, həmçinin Lahur və Kəraçi şəhərlərinə səfər etdikdən sonra bu gün Şri-Lankaya gedib.

Prezident Rəisi Sind əyalətinin qubernatoru və federal mənzil naziri Riaz Hüseyn Pirzadənin müşayəti ilə Kəraçidən Şri-Lankaya yola düşüb.

Bildirilir ki, ötən gün İran prezidenti Pakistanın cənubundakı Sind əyalətinin mərkəzi Karaçi şəhərinə gəlmiş .

Pakistanın mərhum qurucusunun xatirəsini ehtiramla yadı, Kəraçi Universitetinin fəxri doktorunun təqdim etmə mərasimi, əyalət hökumətinin yüksək vəzifəli şəxsləri ilə görüşmək, elmi və iqtisadi qurumların iştirak etdiyi toplantıda çıxış etmək prezident Rəisinin Pakistan səfərinin son iş günü planları sırasında idi.

Qeyd edək ki, İran prezidentinin yeni şəmsi ilinin ilk xarici səfərində Pakistan prezidenti və baş nazirinin dəvəti ilə bazar ertəsi səhər İslamabada səfər etmişdi.

 

 

Teqlər