Rəisinin Şri-Lankaya səfəri zamanı İran və Şri Lanka arasında 5 memorandum imzalanıb
https://azeri.sahartv.ir/news/İran-i410676-rəisinin_Şri_lankaya_səfəri_zamanı_İran_və_Şri_lanka_arasında_5_memorandum_imzalanıb
İran və Şri-Lankanın yüksək səviyyəli rəsmiləri iki ölkə prezidentinin sədrliyi ilə birgə iclas keçirdikdən sonra müxtəlif sahələrdə 5 əməkdaşlıq sənədi imzalayıblar.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Apr 25, 2024 13:29 Asia/Baku
  • Rəisinin Şri-Lankaya səfəri zamanı İran və Şri Lanka arasında 5 memorandum imzalanıb

İran və Şri-Lankanın yüksək səviyyəli rəsmiləri iki ölkə prezidentinin sədrliyi ilə birgə iclas keçirdikdən sonra müxtəlif sahələrdə 5 əməkdaşlıq sənədi imzalayıblar.

İran İslam Respublikası və Şri-Lanka Demokratik Sosialist Respublikasının yüksək rütbəli rəsmiləri çərşənbə günü prezident İbrahim Rəisi və prezident Ranil Vikremesinqhenin iştirakı ilə beş müxtəlif əməkdaşlıq sənədi imzalayıblar.

Beş əməkdaşlıq sənədi "mədəni, elmi, texniki, kütləvi informasiya vasitələri və idman və gənclər əməkdaşlığı", "iki ölkənin milli kitabxanaları arasında əməkdaşlıq", "İran Kooperativlər Palatası və Şri-Lanka Milli Kooperativlər Şurası arasında əməkdaşlıq" “İranın Mədəniyyət və İslami İrşad Nazirliyi ilə Şri-Lankanın Media, Turizm və Aviasiya Nazirliyi arasında media və turizm sahəsində əməkdaşlıq” və “İran Mədəniyyət və İslami İrşad Nazirliyi ilə Şri-Lanka Milli Film Korporasiyası arasında kino sənayesi sahəsində əməkdaşlıq” sahələrində olub. 

Qeyd edək ki, İran prezidenti yüksək səviyyəli nümayəndə heyətinə başçılıq edərək, çərşənbə günü Pakistandan Şri-Lankaya gedib.