İyul 07, 2025 20:49 Asia/Baku
  • Məlumatlı Mənbə: İsrail müharibə istəyir, biz tam hazırıq

Məlumatlı iranlı mənbə Press TV-yə bildirib ki, İran hesab edir ki, Netanyahu ilə Trampın Vaşinqtondakı görüşünün 12 günlük müharibədən əvvəlki görüşdən heç bir fərqi olmayacaq.

Mənbə vurğulayıb: "Biz bütün bu görüşləri aldadıcı görürük. Hər şey əvvəlcədən razılaşdırılıb. Rejim müharibəyə can atır və Trampın da buna qarşı çıxacağına inanmırıq. Biz də tam hazırlıq vəziyyətindəyik".

Məlumatlı mənbə Amerika tərəfinin danışıqlarla bağlı söhbətlərinə toxunaraq, əlavə edib: "Əgər Tramp nüvə obyektlərimizə hava hücumundan sonra bizim onunla diplomatik razılaşmaya etibar edəcəyimizi düşünürsə, bacarıqlı treyder deyil. Real dəyişikliklər istisna olmaqla. Amma biz bunun əksinə olan əlamətlər görürük".

"Müharibə zamanı heç bir sülh ola bilməz - sülh yalnız mövcud vəziyyət həll edildikdən sonra nəzərdən keçirilə bilər", - deyə mənbə vurğulayıb.