İraqda 12 Türkiyə hərbçisi həlak olub
İyul 07, 2025 20:46 Asia/Baku
Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında Türkiyə ordusunun 12 hərbçisinin həyatını itirdiyini açıqlayıb.
Türkiyənin Müdafiə Nazirliyi İraqın şimalında "Pəncə-Kilid" əməliyyatı bölgəsində aparılan axtarış və yoxlama fəaliyyəti zamanı 12 əsgərinin həlak olduğunu bildirib.
Bu hadisə PKK üzvlərinin istifadə etdiyi mağaralarda axtarış zamanı baş verib və hadisəyə səbəb metan qazına məruz qalma olubdur.
Türkiyə son bir neçə ildə Şimali İraqda PKK ünsürləri ilə mübarizə aparmaq üçün müxtəlif əməliyyatlar həyata keçirib.