May 10, 2024 12:47 Asia/Baku
  • Seçkilərin ikinci mərhələsi birinci mərhələ qədər əhəmiyyətlidir

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar ki, İslami Şura Məclisinə seçkilərin ikinci mərhələsi birinci mərhələ qədər əhəmiyyətlidir.

O həzrət söyləyiblər: Səslər hər nə qədər çox olarsa, məclis bir o qədər güclü olar. Və məclis hər nə qədər güclü olarsa, ölkədə fəaliyyət imkanı da bir o qədər çox olar

İslam İnqilabının Böyük Rəhbəri bu gün- mayın onunda səhər, İslami Şura Məclisinə on ikinci çağırış seçkilərinin ikinci mərhələsinə səsvermənin ilk dəqiqələrində öz səs bülletenini İmam Xomeyni(r.ə.) adına hüseyniyyədə qoyulmuş yüz on saylı səyyar qutuya atıblar.

İslami Şura Məclisinə on ikinci çağırış seçkilərinin ikinci mərhələsində iştirakdan sonra milli media müxbirinin sualını cavablandıran İnqilab Rəhbəri bildiriblər ki, seçkilərin ikinci mərhələsi birinci mərhələ qədər əhəmiyyətlidir.

O həzrət qeyd ediblər ki: İkinci mərhələdə birinci mərhələdə dolmamış yerlər təkmilləşəcək. Əgər ikinci mərhələdə iştirak etməsək, birinci mərhələnin işini yarımçıq buraxmış olacağıq.

Səslər hər nə qədər çox olarsa, məclis bir o qədər güclü olar. Və məclis hər nə qədər güclü olarsa, ölkədə fəaliyyət imkanı da bir o qədər çox olar- deyə, İnqilab Rəhbəri vurğulayıblar.

 

Teqlər