İran XİN başçısı Dəməşqdə Suriya prezidenti ilə görüşüb
İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani Dəməşqdə Suriya prezidenti ilə görüşdə ikitərəfli əlaqələri və Qəzzə mühnaribəsində baş verən son hadisələri müzakirə edib.
İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kəni çərşənbə axşamı Suriyaya səfəri zamanı Suriya prezidenti Bəşşar Əsədlə görüşüb.
Görüş zamanı ikitərəfli əlaqələrin genişləndirilməsi, Qəzzə böhranı və sionist rejimin Fələstin xalqına qarşı cinayətlərinə son qoyulmasının vacibliyi tərəflər arasında müzakirə olunan ən mühüm mövzulardan olub.
Bu görüşdə Əsəd vurğulayıb: “İşğalçılara qarşı müqavimət, bütün formalarda əsas prinsip və strateji seçim olaraq, qalacaq”.
Suriya Respublikasının prezidenti deyib: "İşğalçı rejim müqavimət qarşısında məğlubiyyətə yaxınlaşdıqda, Fələstin xalqına qarşı qanlı cinayətlərinin şiddətini artırır".
İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri də bu görüşdə İran-Suriya əlaqələrinin dərin və strateji olaraq qalacağını vurğulayıb; Ona görə ki, bu əlaqələr, möhkəm prinsiplərə və birgə və dürüst maraqlara əsaslanır".
Baqiri İranın Suriya ilə ikitərəfli əlaqələri inkişaf etdirmək üçün davamlı səylərinə və həm iki tərəfə, həm də region ölkələri və xalqlarına xidmət üçün bu ölkəyə sərmayə qoymağa çalışdığına işarə edib.
Qeyd edek ki, Əli Baqiri Kəni Livana səfərindən və bu ölkənin yüksək səviyyəli rəsmiləri ilə müzakirə apardıqdan sonra regional səfərinin ikinci ünvanı olaraq, Dəməşqə gedib və bu Suriya prezidenti Bəşşar Əsədlə görüşdən əlavə Suriya xarici işlər naziri Feysəl Əl-Miqdad ilə də görüş keçirib.
Əli Baqiri Kəni, həmçinin çərşənbə axşamı Suriya Milli Təhlükəsizlik İdarəsinin rəisi general-mayor Kifah Moulhem ilə görüşüb və danışıqlar aparıb.
Əli Baqiri Kəni Suriya və Livana səfərinin sonunda Tehrana qayıdıb.