Beytullahulhəram hacılarına müraciət
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei böyük və əzəmətli həcc mərasimi münasibətilə verdikləri müraciətdə «insan miqyası» və «İslamın mənəvi amilinin gücü»nü həcc fərizəsinin iki cəhəti adlandırıblar.
Müasir tarixdə tayı olmayan Qəzzə faciəsinə toxunan İnqilab Rəhbəri vurğulayıblar: Sionist rejimdən və Amerika xüsusiyyət təşkil etməklə onun hamilərindən bəraət, yəni uzaqdurma, bu il həcc miqatı və mövsümündən daha geniş surətdə, dünyanın hər yerində- müsəlmansakinli ölkələr və şəhərlərdə davam/ və xalq kütlələri arasında yayılmalıdır.
Mürəkkəb həcc mərasiminin cəhətlərinə işarə edən o həzrət/ onu/ müsəlmanlar üçün qəlbə qüvvət,/ düşmənlər və bədxahlar üçün isə qorxulu və çoxheybətli adlandırıb və belə qeyd ediblər: Həccin mürəkkəb tərkibinin sirlərini bəyan edən Quran, onu/ düşmənlər qarşısında qüdrətli mövqetutma və onların rədd olunması simvolu, həmçinin müsəlmanların sazişi və əxlaqi asayişin təzahürü kimi təqdim edir/ və həcc zəvvarları öz təfəkkür və əməllərini bu çox nurlu maarifə daha da yaxınlaşdırmalı və bu ilahi anlamlara bürünmüş və bərpa edilmiş mahiyyəti həcc səfərinin dəyərli sovqatı kimi evə aparmalıdırlar.
Qəddar və əlbəttə ki, məhv olmaqda olan sionist rejimin Qəzzədə törətdiyi cinayətlərə toxunan Həzrət Ayətullahuluzma Xamenei əlavə ediblər: Bəraət məsələsi, bu il keçmişdəkindən daha qabarıqdır, zira Qəzzə faciələri müsəlmanların hər hansı firqəsi, dövləti, partiyası və şəxsi üçün heç bir mülahizə və yolagəlmə yeri qoymayıb və bu bəraət-uzaqdurma, xalqlar və hökumətlərin sözvermə və onu yerinəyetirmələrində özünü göstərməli və meydanı cəlladlara və onların hamilərinə daraltmalıdır.
İslam İnqilabının Böyük Rəhbəri öz müraciətlərinin yekun hissəsində Fələstinin xalqı və Qəzzənin səbirli və məzlum əhalisinin poladcasına müqavimətini yüksək qiymətləndirib və vurğulayıblar ki: Bu müqavimət hərtərəfli şəkildə himayə olunmalıdır.
İslam İnqilabının Böyük Rəhbərinin müraciətinin mətni belədir:
بسم الله الرّحمن الرّحیم
و الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی خیر البریّة سیّدنا محمّدٍ المصطفی و آله الطّیّبین و صحبه المنتجبین و من تبعهم باحسان الی یوم الدّین.
Allah-Taalanın əmri ilə bütün insanları bütün dövrlərdə həcc mövsümündə Kəbəyə çağıran ürəkoxşayan İbrahimi avaz bu il də dünyanın hər yerindən olan müsəlmanların bir qrupunun ürəyini bu tövhid və vəhdət mərkəzinə cəzb edib,/ bu çox əzəmətli və çeşidli insan toplusunu yaradıb;/ insan miqyası və İslamın mənəvi amilinin gücünü özünə və əcnəbiyə nümayiş etdiribdir.
Əgər əzəmətli toplantı olan mürəkkəb həcc mərasiminə dərin baxışla nəzər salınarsa, görünər ki, o, müsəlman üçün qəlb qüvvəti və əminlik bulağı, düşmən və bədxah üçün isə qorxulu və çoxheybətlidir.
İslam Ümmətinin düşmənləri və bədxahlarının/ istər dini və siyasi fərqləri qabartmaq, istərsə də pak və mənəvi cəhətlərini aşağı salmaqla həcc fərizəsinin bu iki cəhətini təxribat və tərəddüd hücumlarına məruz qoyacaqları/ təəccüb doğurmur.
Quran/ həcc ibadətini/ zikr və təvazökarlıq təzahürü, insanların bərabər ləyaqəti simvolu, insanın maddi və mənəvi yaşayışının qaydaya salınmasının təzahürü, bərəkət və hidayət simvolu, qardaşlar arasında real saziş və əxlaqi asayiş təzahürü və düşmənlər qarşısında qüdrətli mövqetutma və onların rədd olunması simvolu kimi təqdim edir.
Quranın həcc ilə bağlı ayələrinə və bu misilsiz fərizənin yerinə yetirilməsi və mərasiminə dərindən nəzər salınması/- bunları və bunlar kimi sirləri həccin mürəkkəb tərkibində bizə göstərir.
Siz həcc zəvvarları olan bacı və qardaşlar, hazırda/ bu çox nurlu maarif və həqiqətlərin məşq meydanındasınız. Öz təfəkkür və əməlinizi ona daha da yaxınlaşdırın və bu yüksək anlamlara bürünmüş və bərpa edilmiş mahiyyəti/ evə aparın. Bu, elə sizin həcc səfərinizin həqiqi və dəyərli sovqatıdır.
Bu il bəraət məsələsi, keçmişdəkindən daha qabarıqdır. Müasir tariximizdə tayı olmayan Qəzzə faciələri,/ həmçinin qəddarlıq, vəhşilik və yırtıcılıq simvolu olan və əlbəttə ki, məhv olmaqda olan sionist rejimin həyasızlığı/ müsəlmanların hər hansı firqəsi, dövləti, partiyası və şəxsi üçün heç bir mülahizə və yolagəlmə yeri qoymayıbdır. Builki bəraət, həcc miqatı və mövsümündən daha geniş surətdə, dünyanın hər yerində- müsəlmansakinli ölkələr və şəhərlərdə davam/ və həcc zəvvarlarından daha geniş miqyasda/ xalq kütlələri arasında yayılmalıdır.
Sionist rejimdən və onun hamilərindən, xüsusən Amerikadan uzaqdurma-bəraət, xalqlar və hökumətlərin sözvermə və yerinəyetirmələrində özünü göstərməli və meydanı cəlladlara və onların hamilərinə daraltmalıdır.
Səbir və müqavimətlərinin əzəməti dünyanı alqışa və hörmət ifadə etməyə vadar edən Fələstinin xalqı və Qəzzənin səbirli və məzlum əhalisinin poladcasına müqaviməti hərtərəfli şəkildə himayə olunmalıdır.
Allah-Taaladan onlar üçün tam və təcili zəfər diləyir və hörmətli hacılara təqdirəlayiq həcc arzu edirəm. Həzrət Bəqiyyət-Allah(ruhi fidah)-ın müstəcab olan duası sizə dayaq olsun!
Vəssalamu Ələykum və Rəhmətullah
Seyid Əli Xamenei
4 Zilhəccə 1445
22 xordad 1403