İran XİN-in müvəqqəti rəhbəri qaniçən rejimə xəbərdarlıq etdi
İyul 03, 2024 17:39 Asia/Baku
Baqiri: Livan sionistlər üçün geri dönüşü olmayan cəhənnəmə çevriləcək
İran Xarici İşlər Nazirliyinin müvəqqəti rəhbəri müharibə başlayacağı təqdirdə, Livanın sionistlər üçün mütləq geri dönüşü olmayan cəhənnəmə çevrilə biləcəyini vurğulayıb.
Xarici işlər nazirinin səlahiyyətlərini icra edən Əli Baqiri Kəni deyib: “Livanda müqavimət həm əməliyyat və diplomatiya sahəsində, həm də hərbi sahədə fəal aktyor olaraq qalmaqdadır. Və onun sionist düşmən qarşısında önləyici rolu danılmazdır”.
Jurnalistlərin müharibə ehtimalının olub-olmaması sualına cavab olaraq Baqiri Kəni qeyd edib ki, Hizbullah bu gün sionistlərin aqressiyası qarşısında əsas maneədir.