Avq 12, 2024 14:23 Asia/Baku
  • Pezeşkian Mişelə Amerikanın ikiüzlülüyündən danışdı

“Birləşmiş Ştatların və bəzi Qərb ölkələrinin ikili standartları sionist rejiminin daha da həyasızlaşmasına səbəb olub. Rejim qlobal təhlükəsizlik və sülhə ciddi bir təhdidə çevrilib”

Bunu İran prezidenti Məsud Pezeşkian Avropa Şurasının prezidenti Şarl Mişellə  telefon danışığında deyib.

İran prezidenti ilə Avropa Şurasının prezidenti bu telefon görüşündə qarşılıqlı müzkirə doğuran məsələlər haqda xüsusilə,  İran və Avropa arasında əlaqələr, nüvə məsələsi barədə müzakirələrin başladılması, Qəzzədə sionist rejiminin cinayətləri səbəbindən yaranmış dərin böhranlı şərait və eləcədə rejimin regionda yürütdüyü terrorçuluq siyasəti kimi önəmli məsələlər haqda danışılıb.

Prezident Pezeşkian bu telefon danışığında bildirib ki, İran İslam Respublikası həmişə dünyanın hər bir yerində və hər bir xalqın sülh və sabitlikdə olmasının tərəfdarı olub və inanır ki, dünyanın hər hansı bir yerində bu dəyərləri təhlükəyə atacaq hər hansı gedişat mütləq durdurlumalıdır.

“Birləşmiş Ştatların və bəzi Qərb ölkələrinin ikili standartları sionist rejiminin Qəzzə və eləcə də region ölkələrində faciəvi terror və cinayətlərinin törədilməsində daha da həyasızlaşmasına səbəb olub və bu rejim qlobal təhlükəsizlik və sülhü həmişəkindən daha çox təhülkəyə atmışdır”-deyə Pezeşkian əlavə edib.

Avropa Prezidentinin nüvə danışıqlarının başladılması təkilifinə nəzər bildirərək qarşılıqlı mənafe və etimadın anlaşmanın əsas xətti hesab etdiyini deyən İran prezidenti qeyd edib ki, əgər tərəflər öz öhdəliyində dayanan vəzifələrə əməl edərsə və qarşılıqlı etimad hissi yaranarsa nüvə anlaşmasının yenidən bərpa edilməsindən əlavə hər iki tərəfin marağında olan məsələrdə danışıqların aparılması mümkündür.

 

Qlobal miqyasda qütbləşən güclərin formlaşamsının vacibliyinə toxunan prezident Pezeşkian Amrikanın ölkələrə qarşı xüsusilə İran İslam Respublikasına qarşı yürütdüyü təzyiq siyasəti və rəftarların və onların öz hüquq və mənafeyindən məhrum edilməsinin əsas səbəbini Amerikanın qütbləşən dünya güclərinin qarşısının alınmasına göstərdiyi cəhd olduğunu və bunun qlobal sülh və əmin-amanlığa mane olduğunu bildirib.

 Avropa Şurasının prezidenti də öz növbəsində qarşılıqı etimad və mənafeyin qorunması prinsipi əsasında Avropa İttifaqı ilə İran arasında maneələrin qaldırılması və əlaqələrin genişləndiriliməsi istiqamətində addımların atılacağına ümidvar olduğunu bildirərək Avropa ölkələrinin İranla yaxından əlaqələrin genişləndirilməsi istəyini diqqətə çatdırıb.

Şarl Mişel daha sonra Qəzzə məsələsini xatırladaraq humanitar hüquqların qorunması, hücumların dayandırılması, atəşkəsin bərpa edilərək anklav əhalisinə humanitar yardımların göstərilməsi və eləcə də müstəqil Fələstin dövlətinin tanınmalı olduğunu vurğulayıb. 

 

 

Teqlər