Pezeşkiyan on dördüncü dövlətin biraylıq fəaliyyətini dəyərləndirib
https://azeri.sahartv.ir/news/İran-i414139-pezeşkiyan_on_dördüncü_dövlətin_biraylıq_fəaliyyətini_dəyərləndirib
İran prezidenti Məsud Pezeşkiyan dünən axşam xalq ilə ilk televiziya söhbətində on dördüncü dövlətin biraylıq fəaliyyətini dəyərləndirib.
(last modified 2024-09-01T04:26:12+00:00 )
Sen 01, 2024 08:24 Asia/Baku
  • Pezeşkiyan on dördüncü dövlətin biraylıq fəaliyyətini dəyərləndirib

İran prezidenti Məsud Pezeşkiyan dünən axşam xalq ilə ilk televiziya söhbətində on dördüncü dövlətin biraylıq fəaliyyətini dəyərləndirib.

  SəhərAzəri-nin məlumatına əsasən, İran prezidenti xalq ilə ilk televiziya söhbətində vurğulayıb: Meydana gələcək razılaşma və qoyacağımız göstəricilərlə elə edəcəyik ki, nazirlərin müavinləri və sıra ilə- vilayətlərdə müdirlər partiya, qrup və cinah asılılığı əsasında deyil, ləyaqət əsasında təyin olunsunlar.

  Ölkə prezidenti dövlətin inflyasiyanı aradan qaldırmaq üzrə proqramı barədə belə deyib: Dünən iqtisadiyyat naziri parlamentdə proqramları söylədi. Yeddinci proqram bir əsas olmalıdır və əgər düzəlişə ehtiyac duyarsa, həyata keçirilməlidir. Biz daxili ixtilafı,/ qonşular və dünya ilə problemləri həll etməliyik. Hər halda, iqtisadiyyat xarici problemlərlə əlaqəlidir.

  İnflyasiyanı aradan qaldırmaq üçün əlimizdən gələni edəcəyik. Amma bu hədəf dünya olayları və daxili məsələlərdən də asılıdır- Pezeşkiyan söyləyib.

  Fərqli səliqələri bir-birilərinə yaxınlaşdırmalıyıq- deyən İran prezidenti bildiribdir ki: Qırxa yaxın ölkə ilə müzakirə etmişik və müqavilə bağlamaqdayıq.