İran əleyhinə sanksiyaların ardınca İngiltərənin ali rütbəli diplomatı XİN-nə çağırılıb
Üç nəfər İran vətəndaşı və bir qruma qarşı sanksiya tətbiqindən sonra ötən gün İngiltərənin müvəqqəti işlər vəkili İran XİN-nə çağırılıb.
Bu çağırışda İngiltərənin yeni hökümətinin əlaqələrin yaxşılaşdırılması və həmkarlığın artırılması kimi iddiasının əksinə verilmiş siyasi qərar məhkum edilib.
“Hamı bilir ki, regionu təhlükə atan ən böyük səbəbkar işğalçı sionist rejimidir. Bu rejim regionda sabitlik iddiaçıları, o cümlədə İngiltərənin siyasi və hərbi dəstəyini alır”- deyə Britaniyanın müvəqqəti işlər vəkilinin diqqətinə çatdırılıb.
Qərbi Avropa məslələri üzrə şöbənin drektoru daha sonra əlavə edib ki, İsrail rejiminə Fələstinlilərə qarşı qırğınların aparmasında köməklik göstərən bu ölkələr müharibə cinayətkarı Netanyahunu cəzasız qalmasında səy göstərir ki, bu da regionda sabitlik və təhülkəsziliyin pozulmasına əsas səbəbdir.
İngilis diplomat cavab olaraq bildirilmiş açıq etirazı ölkəsinə çatdıracağını deyib.
Qeyd edək ki, İngilis KİV-ləri ötən gün bildiriblər ki, ölkə hakimiyyəti üç nəfər İran vətəndaşı və bir qruma qarşı “sionist rejiminin təhülkəsziliyini pozmaq” ittihamı ilə sanksiya tətbiq edib.
Ölkə medailarının yayadığı məlumata görə, Həmid Fazili, Behnam Şəhriyari sionist rejiminin təhükəsizliyini pozmaq istəyən silahlı quruplara dəstək ittihamı ilə İsrail rejimininin qatı himayəçilərindən olan İngiltərə dövləti tərəfindən sanksiyaya məruz qalıb.