Sen 16, 2024 11:32 Asia/Baku
  • Pezeşkian:” Əsl məqsəd İslam ümmətinin vəhdəti, bağlılığı və yekdilliyidir”

”Əsl məqsəd bütün İslam ümmətinin vəhdəti, bağlılığı və yekdilliyidir”

Bu sözləri İran prezidenti İraqa üç günlük səfəri barədə açıqlamasında deyib.

Cənap Pezeşkian ötən həftə İraqa səfəri zamanı İran və İraq arasında imzalanmış 14 əməkdaşlıq sənədi haqda kürdcə yazdığı  məktubunda aydınlıq gətirib.

İran prezidenti unvanladığı məktubda deyib ki, qonşu və dost ölkəmiz İraqa üç günlük səfərimiz zamanı bizim əsl məqsədimiz vəhdət, yekdillik və bağlılıq niyyətilə oldu. Bu səfərdə İran və İraq arasında 14 əməkdaşlıq sənədi imzalandı.

Bizim ilkin işimiz iki ölkə arsında qarşılıqlı münasibətlərdə ortaq dil və baxışın yaranmasına nail olmaqdır. İraqda iki ölkənin bağlıllığını və yekdilliyini daha da gücləndirəcək yaxşı görüşlərimiz oldu.

Bizim əsl məqsədimiz də İslam ümmətinin vəhdəti, bağlılığı və yekdilliyidir.”-deyə cənab Pezeşkian mıktubunda qeyd edib.

Qeyd edək ki, İran prezidenti 11 sentyabr yüksək vəzifəli siyasi və iqtisadi heyətin başında İraqa üç günlük səfər etmişdi.

 

Teqlər