Sen 22, 2024 13:48 Asia/Baku
  • Pezeşkiyan: Nyu-Yorka səfərdə haqsevərlik və ədalətsevərlik səsi ucalacaq

İran prezidenti ümidvarlıq edibdir ki, Nyu-Yorka səfərdə İran xalqının səsi, həmçinin haqsevərlik və ədalətsevərlik səsi ucalacaq.

İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyan Nyu-Yorka səfərdən öncə Tehranın Mehrabad hava limanında belə deyib: Birləşmiş Millətlər Təşkilatı mühüm təşkiatlardan və bəşəriyyətin böyük nailiyyətlərindəndir. Dünyadakı bütün prezidentlər sülh, asayiş, yer kürəsinin qorunması və beynəlxalq ixtilafların həlli üçün bu beynəlxalq təşkilatda iştirak edirlər.

Pezeşkiyan vurğulayıb: Birləşmiş Millətlər Təşkilatı elə bir yerdir ki, əgər öz vəzifəsini düzgün yerinə yetirərsə, elə bir ölkə tapılmamalıdır ki, gücünə, texnologiyasına, elminə görə başqa ölkələri bombalasın, insanları, o sıradan qadın və uşaqları öldürsün, onların evlərini, xəstəxanaları kor-koranə şəkildə dağıtsın. Sonra da vurduğu yer ilə bağlı desin ki, bura bizim hədəfimiz olubdur.

İran prezidenti bildiribdir ki, dünyada sülh və asayiş yaratmaq üçün müxtəlif ölkələrin prezidentlərilə söhbət edəcək.

Pezeşkiyan həmçinin deyibdir ki, Amerikada yaşayan iranlılarla görüşdə onların İranla bağlı baxışlarının dəyişməsi ətrafında fikir mübadiləsi aparacaq.

 

Teqlər