Sen 28, 2024 15:11 Asia/Baku
  • Ali Məqamlı Rəhbər Livan hadisələri ilə bağlı müraciət ünvanlayıblar

“Bütün müsəlmanlar Livan xalqı və Hizbullahın kənarında olmalıdırlar” - Həzrət Ayətullahül-üzma Xameneinin Livanda baş verən hadisələr ilə bağlı əmri

İslam İnqilabının Ali Məqamlı Rəhbərinin müraciətinin mətni belədir:Bağışlayan və Mehriban Allahın adı iləLivanda müdafiəsiz insanların öldürülməsi quduz sionist itinin yırtıcı mahiyyətini bir daha ortaya qoydu və qəsbkar rejim başçılarının dardüşüncəliyini və axmaq siyasətini sübut etdi. Sionist rejimi idarə edən terror bandası Qəzzədə apardıqları bir illik cinayətkar müharibədən dərs almadılar və anlaya bilmədilər ki, qadın, uşaq və mülki əhalinin kütləvi şəkildə öldürülməsi müqavimət təşkilatının möhkəm quruluşuna təsir göstərə və onu məhv edə bilməz.İndi onlar Livanda da eyni axmaq siyasəti sınayırlar. 

Sionist cinayətkarlar bilməlidirlər ki, onlar Livanda Hizbullahın güclü quruluşuna ciddi ziyan vurmaq üçün çox kiçikdirlər. Bölgənin bütün müqavimət qüvvələri Hizbullahın yanındadır və onu dəstəkləyir. 

Bu bölgənin taleyini müqavimət qüvvələri və onların başında duran başı uca Hizbullah müəyyən edəcək. Livan xalqı unutmayıb ki, bir vaxtlar qəsbkar rejimin hərbçiləri Livan ərazilərini Beyruta qədər çəkmələrinin altına almışdılar, onların ayağını kəsən, Livanı əziz və başı uca edən Hizbullah idi. Bu gün də Livan Allahın köməyi ilə təcavüzkar, xəbis və üzüqara düşməni peşman edəcək.

Bütün müsəlmanlara cavibdir ki, öz imkanları ilə Livan xalqı və başı uca Hizbullahın yanında olsunlar və qəsbkar, zalım və xəbis rejimin qarşısında ona kömək etsinlər.

Salam olsun Allahın saleh bəndələrinə