Sen 29, 2024 11:43 Asia/Baku
  • Böyük təqlid mərcələri və din alimləri Seyid Həsən Nəsrullahın şəhadəti münasibətilə başsağlığı veriblər

Böyük təqlid mərcələri və din alimləri Seyid Həsən Nəsrullahın şəhadəti münasibətilə başsağlığı veriblər.

Həzrətlər- ayətullahuluzma Məkarim-Şirazi, ayətullahuluzma Nuri-Həmədani, ayətullah Ərafi və ayətullah Səidinin, həmçinin Qum Dini Elmlər Hövzəsinin müəllimlər cəmiyyətinin Seyid Həsən Nəsrullahın şəhadəti münasibətilə verdikləri başsağlığı müraciətinin mətnində belə deyilir: Şübhəsiz, müqavimət qrupları bu şəhidin yolunu davam etdirəcək və dünyadakı bütün azadlıqsevər xalqlar onları himayə edəcəklər.

Təqlid mərcələrindən olan ayətullahuluzma Nasir Məkarim-Şirazinin başsağlığı mesajının mətninin bir hissəsində belə deyilir: Bu illər boyu Livan və Fələstin xalqları, həmçinin İslam ümməti onun sionist düşmənlə müharibədəki müdrik komandanlığına borclu idilər və heç vaxt onun səmimi rəşadətlərini unutmayacaqlar. Müqavimət bayrağı daim dalğalanacaq və düşmən öz arzusuna çatmayacaq, zira, bu yolun xeyli sayda döyüşçüsü və fədakarı var. Onlar Seyyiddüşühəda(ə)-dan nümunə götürməklə və böyük əzmkarlıqla öz böyük şəhidlərinin yolunu gedəcək və ilahi bəsirətlə qaniçən sionist rejimi zəlil və rüsvay edəcəklər. İnşaallah.