İran və Türkiyə arasında media əməkdaşlığına dair birgə işçi qrupu yaradılır
İranın Teleradio Təşkilatının sərhədaşırı bölməsinin rəhbəri Türkiyənin İrandakı səfiri ilə görüşdə deyib: " İran və Türkiyə mediası İslam dünyasının iki böyük ölkəsi kimi sionistləri geri çəkilməyə məcbur etməlidirlər".
Türkiyənin Tehrandakı səfiri Hicabi Kırlangıç çərşənbə axşamı günü İranın Teleradio Təşkilatının sərhədaşırı bölməsinə baxış keçirib.
Hicabi Kırlangıç, həmçinin İranın Teleradio Təşkilatının sərhədaşırı bölməsinin rəhbəri cənab Əhməd Novruzi, həmçinin IRIB-in beynəlxalq əlaqələr üzrə baş direktoru Abbas Məhəmmədnejad ilə də görüş keçirib. Görüş zamanı daha çox media əməkdaşlığı üçün potensial imkanları, o cümlədən bu sahədə mövcud razılaşmaların səmərəli şəkildə həyata keçirilməsi, Asiya-Sakit Okean Yayım Birliyinin qarşıdakı toplantısı və Fələstin məsələsi ilə bağlı birgə işçi qrupunun yaradılmasını araşdırmaq üçün müzakirələr aparılıb.
Novruzi bu görüşdə Fələstin məsələsinə işarə edərək, deyib: "İndi məsələ təkcə Fələstin və Qəzzə ilə bağlı deyil, çünki Livan da sionistlərin atəşində yanır. İran və Türkiyə İslam dünyasının iki böyük ölkəsi olaraq, sionistləri geri çəkilməyə məcbur etmək üçün birgə tədbirlər görməlidirlər. Media və əməliyyat tədbirləri ictimai rəyi məlumatlandırmağın yeganə yoludur. Kütləvi informasiya vasitələri insanların məlumatlandırılmasında yaxşı rol oynayır və bu geniş maarifləndirmə öz nəticəsini göstərdi. Avropalı və Amerikalı tələbələrin qiyamı, sionist mallarına embarqo qoyulması məsələsi və dünyanın müxtəlif yerlərində bu rejimə qarşı ümumi üsyanlar çox təsirli şəkildə baş verdi.
O, əlavə edib: Media vasitəsindən istifadə etməklə çox mühüm işlər görülür və İran və Türkiyə sinerji yaratmaqla, yeni bir media birlikləri yaratmaqla və jurnalistləri və media işçilərini dəstəkləməklə Fələstinə və onun amallarına daha yaxşı və daha geniş dəstək verə bilərlər".
Türkiyənin İrandakı səfiri Hicabi Kırlangıç də Fələstin məsələsinin Türkiyənin müntəzəm proqramlarından biri olduğuna işarə edərək deyib: “Son bir il ərzində müqavimət ən şiddətli hücumlara məruz qalıb və işğalçılar illərdir Fələstin torpaqlarını və Fələstin ərazisini işğal ediblər. Media bu mövzuda tədbir görməlidir”
O, əlavə edib: "Biz media və media təşkilatı olaraq, fikir mübadiləsi aparmalıyıq, müntəzəm görüşlər keçirərək, planlama aparmalıyıq, televiziya proqramlarını, Fələstinlə bağlı xəbərləri və müxtəlif mövzuları izləmək üçün birgə heyət yaradaraq, Fələstin və müqavimətə dəstək istiqamətində hərəkət etməliyik.