Ali Məqamlı Rəhbər İranın Livandakı səfirinə xüsusi hədiyyə göndərib
İslam İnqilabının Ali Məqamlı Rəhbərinin nümayəndəsi, peycerlərin partlaması nəticəsində aldığı xəsarətdən sonra İrana qayıdan və hazırda Tehranda xəstəxanaya yerləşdirilən İranın Livandakı səfiri Müctəba Əmanini ziyarət edib və ona İslam İnqilabının Ali Məqamlı Rəhbərinin hədiyyəsini təqdim edib.
İranın Livandakı səfiri Müctəba Əmani “X” platformasındakı hesabında yazıb: "İslam İnqilabının Ali Məqamlı Rəhbərinin nümayəndəsi Höccətül-İslam vəl-Müslimin Qominin ziyarəti və O, Həzrətin sevgi dolu mesaj və mənimlə maraqlanması mənim üçün qürur və iftixar mənbəyidir".
O, əlavə edib: "Həzrətlərinin mənə və həyat yoldaşıma hədiyyə olaraq, xoş duaları ilə təbərrük etdiyi iki əqiq üzük göndərməsi bizi çox qürurlandırdı. Bu görüşdə Ali Məqamlı Rəhbərin Qüds Qüvvəsindəki nümayəndəsi Höccətül-İslam Məhəmmədi və Xarici İşlər Nazirliyindəki bir qrup dost və həmkar da iştirak edirdi".
Səfir sonda yazıb: "Uca Allahdan Müəzzəm Rəhbərin bərəkətli vücudu üçün sağlamlıq diləyirəm. Bizim canımız İslam yolunda, İran İslam İnqilabının yolunda və Vəliyyi-Fəqihin yolunda fəda olsun.