Bəqayi İranın Qırmızı Aypara xəstəxanasına hücumu pisləyib
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qəsbkar rejimin Qəzzə, Livan və Suriyadakı xəstəxanalara və müalicə mərkəzlərinə qarşı ardıcıl hücumlarını bu rejimin bütün beynəlxalq qayda və prinsiplər əleyhinə tüğyan etməsinin aşkar nişanəsi adlandırıb.
Qəbul edilmiş beynəlxalq humanitar hüquqlar üzrə qanunlara əsasən. xəstəxanalara və müalicə mərkəzlərinə qarşı hücumların qadağan olunduğunu xatırladan İsmayıl Bəqayi işğalçı İsrail rejiminin Qəzzə, Livan və Suriyadakı xəstəxanalara, həmçinin müalicə və yardım mərkəzlər əleyhinə ardıcıl hücumlarını bu rejimin bütün beynəlxalq qayda və prinsiplərə qarşı çıxmasının aşkar əlaməti adlandırıb. O, səlahətiyyətli beynəlxalq orqanların, o sıradan Beynəlxalq Qızıl Xaç Komitəsinin reaksiya vermələri və sionist rejimin hərəkətini müharibə cinayəti kimi pisləmələrini istəyib.
Bəqayi habelə son iki həftə ərzində sionist rejimin Livanın mülki bölgələrinə qarşı hücumlarının şiddətlənməsi səbəbindən öz ev-eşiyindən didərgin düşmüş yüz minlərlə livanlıya yardım üçün dünya ictimaiyyətinin səfərbər olması vacibliyini vurğulayıb. O, BMT-nin və digər beynəlxalq əlaqədar orqanların, xüsusən də Mühacirlərin Məsələləri üzrə Ali Komissarlığın və Beynəlxalq Qızıl Xaç Komitəsinin didərginlərə təcili yardımın çatdırılması üzrə məsuliyyətlərinə təkid edib.