Okt 13, 2024 11:46 Asia/Baku
  • Qalibaf Cenevrəyə yola düşüb

İran İslam Şurası Məclisinin sədri Livanda olduqdan və bu ölkənin rəsmilərilə görüşdükdən sonra Parlamentlərarası Birliyin iclasında iştirak etmək üçün Cenevrəyə yola düşüb.

Məhəmməd-Baqir Qalibaf dünən axşam Beyruta səfərdən və Lİvan işlərini həyata keçirən hökumətin baş naziri Nəcib Miqati və bu ölkənin parlament sədri Nəbih Berri ilə görüşdükdən sonra soyqırımçı İsrail rejiminin qırıcıları tərəfindən bombardman edilmiş Cənubi Zahiyyə və qərbi Beyrutda yerləşən Əl-Bəstə bölgələrində olub.

Sionistlərin cinayətlərinin bəyan və şərh edilməsi və müqavimət qruplarına dəstəyin verilməsi, İran İslam Şurası Məclisi sədrinin Cenevrəyə səfərdəki mühüm hədəflərindən olacaq.

Qalibaf öz görüşləri və çıxışlarında Livan və Fələstin xalqlarının bu cinayətlər qarşısındakı məzlumluqları və müqavimətləri mesajını dünyaya çatdırmalıdır.

 

 

Teqlər