Okt 12, 2024 18:01 Asia/Baku
  • Qalibaf Beyruta səfərdə təyyarəni özü sürdü

Şənbə günü səhər İİR-nın İslami Şura Məclisinin sədri Məhəmməd Baqir Qalibaf Livan parlamenti sədrinin rəsmi dəvəti ilə Beyruta səfər edib və bu uçuşun pilotu da məhz özü olub.

Milli Məclisin sədrinin müşaviri videonu paylaşaraq, yazıb: "Düşmənin bombardmanının atəşi və tüstüsünün təyyarənin pəncərəsindən belə göründüyü təhlükəli bir halda Beyruta səfər böyük şərəfdir. Bu səfərin mesajı budur ki, müqavimət möhkəm və əzmkar dayanır və düşməni yaxşı günlər gözləmir.

İran Milli Məclisinin sədri Beyruta səfərinin başlanğıcında vurğulayıb ki, həmişə olduğu kimi, Livan hökuməti və xalqının yanındayıq. Cənab Nəbih Berrinin dəvəti ilə inqilab liderinin və prezidentin mesajını Livan xalqı və müqavimətə çatdırmağa görə Beyruta gəlmişəm.