İslami İnkişaf Bankı İran layihələrinin maliyyə təminatında təsirli rola malikdir
Noy 26, 2024 13:50 Asia/Baku
İranın iqtisadiyyat naziri İslami İnkişaf Bankının direktoru ilə görüşdə bu bankın İran layihələrinin maliyyə təminatında daha təsirli rola malik olması zərurətinə təkid edib.
Əbdülnasir Himməti bu sözləri Ərriyadda keçirilən iyirmi səkkizinci beynəlxalq investisiya konfransının kənarında/ İslami İnkişaf Bankının direktoru Süleyman Əlcasirlə görüşdə deyib.
Süleyman Əlcasir də öz növbəsində belə söyləyib: İran İslam Respublikası İslami İnkişaf Bankının əsas səhmdarlarından olaraq, dəyərli rola malikdir. Amma qəddarcasına sanksiyalara görə, İran İslam Respublikası ilə əlaqələrimizin gözlədiyimiz kimi olmadığına görə təəssüf edirik.