Kimyəvi silahların qadağanı siyasiləşdirilməməlidir
İran xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kimyəvi Silahların Qadağan Edilməsi üzrə Konvensiyaya üzv ölkələrin illik konfransında bu təşkilatın siyasiləşdirilməsinin qarşısının alınmasını istəyib.
Kazım Qəribabadi vurğulayıb ki, İran İslam Respublikası müasir dövrdə kimyəvi silahların ən böyük qurbanıdır. O, sionist rejimin Fələstin və Livan xalqlarına qarşı cinayətlərini kəskin tərzdə pisləyib.
Qəribabadi əlavə edib: Soyqırımçı İsrail rejimi Amerika xüsusiyyət təşkil etməklə bəzi Qərb ölkələrinin qeyd-şərtsiz himayələri ilə öz cinayətlərini davam etdirir və toxunulmazlığa malikdir.
İran xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini BMT Təhlükəsizlik Şurasının/ BMT Nizamnaməsinin yeddinci bəndinə əsasən, sionist rejimə qarşı təsirli sanksiyaların tətbiqi üzrə təcili tədbir görməsinə təkid edib. Bildirib ki, bütün dövlətlər bu rejimlə hər cür iqtisadi, hərbi və silah həmkarlığından çəkinməlidirlər.