İran və Azərbaycan XTQ-ri "Ya Fatimətüz-Zəhra" şüarı ilə təlim keçirdi
"Araz -2024" birgə təliminin əsas mərhələsi "Ya Fatimətüz-Zəhra" şüarı ilə keçirildi
İslam İnqilabı Keşikçiləri Korpusu Quru Qoşunlarının ictimaiyyətlə əlaqələr şöbəsi məlumat verib ki, "Araz -2024" birgə təliminin əsas mərhələsi İran İslam Respublikası və Azərbaycan Respublikasının yüksək rütbəli komandirlərinin iştirakı ilə Ərdəbil vilayətinin Aslandüz sərhəd məntəqəsinin əlçatmaz yüksəkliklərində həyata keçirilib.
Bu təlimdə çıxış edən SEPAH quru qüvvələrinin əməliyyatlar üzrə müavini və İranın yüksək rütbəli hərbi zabiti briqada generalı Vəli Mədəni deyib:"Bu təlim təbii ki, ilk dəfə olaraq Azərbaycan Respublikası ilə birgə həyata keçirilən yüzlərlə döyüş təlimlərindən biridir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməliyyat idarəsinin rəisi, general-mayor Vüqar Əliverdiyev də bu təlimin dördüncü mərhələsinin onun əsas mərhələlərindən biri olduğunu bildirib.
O döyüç təlimi haqda məlumat verərək bildirib ki, bu mərhələdə qeyri-qanuni olduğu ehtimal edilən silahlı birləşmələr məhv edilib.
General-mayor Əliverdiyev çıxışının sonunda İran İslam Respublikasının yüksək rütbəli hərbi komandirlərinə və iştirakçılara bu təlimin birgə keçirilməsinə görə təşəkkür edib."Ya Fatimətüz-Zəhra" şüarı ilə keçirilən təlim 6 ixtisaslaşdırılmış mərhələdə həyata keçirilib.
İlk mərhələdə pilotsuz təyyarələr qeyri-qanuni silahlı ünsürləri müəyyən etmiş və bu görüntülər qərargaha göndərilib.
Bu təlimin növbəti mərhələsi elektron müharibədən istifadə olub. Onlar qanunsuz silahlı qüvvələrin rabitə əlaqəsini kəsərək növbəti əməliyata keçiblər.
Daha sonra İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək hazırlıqlı pilotları iki helikopterdən ayrı-ayrılıqda istifadə etməklə iki ölkənin xüsusi təyinatlı qüvvələrini əlçatmaz əraziyə ezam edib.
Digər mərhələdə hər iki ölkənin xüsusi təyinatlıları hər biri 20 nəfər olmaqla əməliyyat zonasına daxil olaraq qanunsuz silahlı mütəşəkkil qüvvələrin olduğu yüksəklikləri ələ keçiriblər.
Düşmən ünsürlərin olduğu yüksəklikləri ələ keçirdikdən sonra tələyə düşən və qaçan yaraqlılar istiqaməti müxtəlif minaların, o cümlədən yüksək həcmli “Fələk” raketi ilə hədəfə alınaraq məhv edilib.
Bu təlimin son mərhələsində daxili qüvvələr tərəfindən heliburn əməliyyatı həyata keçirilərək ərazi tamamilə təmizlənib"Araz -2024" təlimi bununla da başa çatıb.
Təlimdən sonra hər iki ölkənin nümunəvi komandirləri mükafatlandırılıb.Qeyd edək ki, "Araz -2024" təlimi 4 gün əvvəl İnqilab Keşikçiləri Korpusunun xüsusi təyinatlıları və Azərbaycan Respublikası Ordusunun xüsusi təyinatlıları tərəfindən birgə start verilib.