Fev 02, 2025 17:12 Asia/Baku
  • İran Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Hikmət Hacıyev ilə görüşüb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev İran İR Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Kamal Xərrazi ilə görüşüb.

Görüşdə iki ölkənin elmi-tədqiqat mərkəzləri və ictimai-siyasi fikir daşıyıcıları arasında əməkdaşlıq və qarşılıqlı səfərlərin təşkili məsələləri vurğulanıb.