Fev 02, 2025 19:54 Asia/Baku
  • Azərbaycan Respublikası prezidentinin köməkçisi İraqçı ilə görüşüb

Azərbaycan Respublikası prezidentinin köməkçisi, bu ölkənin prezident administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın xarici İilər naziri Seyid Abbas İraqçı ilə görüşüb və danışıqlar aparıb.

Dünən İran İslam Respublikası prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi ilə Azərbaycan Respublikası prezidentinin köməkçisi görüşərək iki ölkə arasında özəl iqtisadi mübadilələrin artırılmasını vurğulayıblar.

Sənayi sosial media hesabında Azərbaycan Respublikası prezidentinin köməkçisi, bu ölkənin prezident administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşünə toxunaraq yazıb: “Uzun sürən görüş zamanı biz münasibətlərdə müxtəlif məsələləri müzakirə etdik. Hər iki tərəf iki ölkə arasında dostluq və qardaşlığa, bəzi anlaşılmazlıqların aradan qaldırılmasına, hərtərəfli siyasi əlaqələrin genişləndirilməsinə, iqtisadi və özəl sahələrdə mübadilələrin artırılmasına doğru hərəkət etməyi vurğuladıq.”