Qüds Qüvvələri müharibə meydanlarında düşmənin enerjisini və nəfəsini kəsmişdir.
General Səlami: "Bizim imkanlarımızın kiçik bir hissəsi belə güc balansını dəyişə bilmişdir. Raketlərimiz regionda düşmənin hər hansı mühüm nöqtəsinə istənilən vaxt, istənilən həcmdə və yüksək dəqiqliklə zərbə endirə bilər."
Düşmənin pilotsuz təyyarəsini vurmaq, "Sadiq Vədə" əməliyyatları və buna bənzər əməliyyatlar bizim üçün etibarlı bir güc imicı yaratmışdır. Qüds Qüvvələrinin əsas bacarığı düşməni strateji sığınacağından çıxarıb müharibə meydanına çəkmək olmuşdur. Qüds Qüvvələri məzlumlar üçün sığınacaq yeri olmuş və düşmənlərlə uzaq məsafələrdə vuruşmaqdadır. Qüds Qüvvələri düşmənin enerjisini və nəfəsini müharibə meydanlarında əlindən alaraq onu diz çökməyə məruz qoymuşdur. Biz hər yeri düşmən üçün döyüş meydanı çevirmişik.Fələstinlilər bir vaxtlar daşla vuruşurdular, lakin indi 16 aylıq mühasirə və müharibədən sonra xarabalıqlar üzərində Sionizm və onun müttəfiqlərinə qarşı güc sərgiləyirlər. Hizbullah ağır zərbələrə baxmayaraq müqavimət göstərir və onun sıralarındakı gənclər cəsarət nümayiş etdirirlər.Yəmənlilər də öz növbəsində Amerika, Sionist rejimi və İngiltərəni aciz vəziyyətə salıblar. İraqdakı müqavimət qüvvələri isə Fələstinə dəstək uğrunda mübarizə aparmaqdadır.