Çətin günlərdə böyük dəstək
Məhəmməd Baqir Qalibaf Sahibə Qafarova ilə görüşdə Qarabağ müharibəsində Müəzzəm Rəhbərin Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə dəstək olduğunu vurğulayıb.
İran İslami Şura Məclisinin sədri Azərbaycan Milli Məclisin Sədri Sahibə Qafarova ilə görüşündəbildirib:İranın qəti siyasəti bütün qonşu ölkələrlə hərtərəfli əlaqələri inkişaf etdirməkdir.Qarabağ müharibəsi kimi çətin günlərdə İran xalqı və İran İslam Respublikasının Müəzzəm Rəhbəri Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə dəstək olub. Bu gün bu əlaqələr güclü və inkişaf etməkdə qalmalıdır.İran, Azərbaycan və Rusiya arasında üçtərəfli əlaqələr, iqtisadi sahədə, enerji və nəqliyyatda səmərəlidir. Şimal-Cənub tranzit marşrutu və Avropaya və Uzaq Şərqə tranzit iki ölkə arasında əməkdaşlıq yolu ilə inkişaf etdirilə bilər və bu, hər üç ölkə üçün potensialdır.Biz xarici qüvvələrin bölgəyə hər hansı müdaxiləsini qəbul etmirik və regional məsələlər region ölkələrinin özləri arasında həll olunmalıdır. Məsələlər 3+3 formatında görüşlər səviyyəsində irəli sürülə bilər və regional sülh və sabitliyə töhfə verə bilər.