İran "3+3" platformasını tam dəstəkləyir.
Fev 20, 2025 12:43 Asia/Baku
Bunu Azərbaycan respublikası Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf deyib.
Görüşdə bu gün Cənubi Qafqaz regionunda mövcud olan yeni fürsətlər və perspektivlər barədə də danışılıb. Bu baxımdan, Azərbaycanın təşəbbüsü ilə yaradılan "3+3" əməkdaşlıq formatının əhəmiyyəti vurğulanıb. Bildirilib ki, regiondan kənar xarici qüvvələrin regiona cəlb edilməsi isə yaxşı heç nə vəd etmir. Məhəmməd Baqir Qalibaf da İranın "3+3" platformasını tam dəstəklədiyini, bu formatın regionda sülhə və sabitliyə, həmçinin siyasi-iqtisadi əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. O qeyd edib ki, regiona kənar ölkələrin cəlb olunması qəbuledilməzdir.