May 06, 2025 12:52 Asia/Baku
  • ABŞ və İsrailin hər hansı hərbi avantürası sürətli cavabla üzləşəcək

İranın BMT-dəki səfiri təşkilatın təhlükəsizlik şurasına ünvanladığı məktubda bildiribdir ki: Birləşmiş Ştatlar və ya sionist rejim tərəfindən İranın suverenliyi və milli maraqlarına qarşı atılacaq hər hansı hərbi addım sürətli və mütənasib cavabla üzləşəcək.

İranın BMT-dəki səfiri Əmir-Səid İrəvani Təhlükəsizlik Şurasına ünvanladığı məktubda sionist rejimin baş naziri Benyamin Netanyahunun və Birləşmiş Ştatların müdafiə naziri Pit Heqsetin son təhdidlərinə reaksiya verib, onların ittihamlarını əsassız və təhrikedici adlandırıb. Vurğulayıb ki, hər hansı təcavüzün məsuliyyəti Birləşmiş Ştatlarla sionist rejimin üzərinə düşəcək.Məktubda İran açıq şəkildə bildiribdir ki, hər hansı hərbi avantüra sürətli və mütənasib cavabla üzləşəcək və bu hərəkətlərdən irəli gələcək məsuliyyətlər Birləşmiş Ştatlarla sionist rejimin üzərinə düşəcək.İran səfiri vurğulayıb ki, Yəmən xalqının atdığı addımlar onun təcavüzlər qarşısındakı suverenlik haqqından qaynaqlanır.İran nümayəndəsi Təhlükəsizlik Şurasının hərbi təcavüzlərə son qoymaq və təhdidləri pisləmək sahəsində tədbir görməsini istəyib.