Tehran-Bakı reysləri hər gün baş tutacaq
May 06, 2025 13:05 Asia/Baku
İran hökumətinin sözçüsü Fatimə Muhacerani mətbuat konfransında bildirib ki, prezident Pezeşkiyanın Bakıya səfərindən sonra, gündəlik Tehran-Bakı reysləri bərpa olunub.
"Prezident Məsud Pezeşkiyanın Azərbaycana ilk səfəri fonunda ikitərəfli siyasi etimadın yaradılması istiqamətində strateji əməkdaşlıq və iqtisadi diplomatiyaya dair hərtərəfli sənəd layihəsinin hazırlanması və özəl sektor investorları ilə çoxsaylı görüşlərin keçirilməsi barədə razılıq əldə olunub.Bu səfərin nəticəsi olaraq uzun müddətdir həyata keçirilməyən gündəlik Tehran-Bakı reysləri açılıb", - o qeyd edib.