May 08, 2025 13:06 Asia/Baku
  • Əraqçi İngiltərədə saxlanılan iranlılar haqqında uydurma hekayəni rədd edib

İran xarici işlər naziri İngiltərədə saxlanılan iranlılar haqqında uydurulan hekayəni rədd edərək, deyib: Hazırkı zamanın seçilməsi və İngiltərə tərəfindən əlaqənin olmaması pərdə arxasında nələrinsə baş verdiyini göstərir.

İranın xarici işlər naziri Seyid Abbas İraqçi bir neçə İran vətəndaşının İngiltərədə saxlanılması fonunda İrana qarşı irəli sürülən iddialara, eləcə də onların sionist rejimin səfirliyinə hücumun planlaşdırılmasında iştirakı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.İraqçi X sosial media səhifəsində yazıb: "Britaniyada saxlanılan İran vətəndaşları haqqında uydurma xəbərləri qəti şəkildə rədd edirik".İranın diplomatiya aparatının rəhbəri qeyd edib ki, İran bu cür hərəkətlərdə iştirakını qəti şəkildə inkar edir və əlavə edirik ki, bu ittihamlarla bağlı diplomatik kanallar vasitəsilə bizə məlumat verilməyib".İran xarici işlər naziri bildirib ki, İran Britaniyadan etibarlı iddialarla bağlı istənilən təhqiqatda köməklik göstərə bilməsi üçün qarşılıqlı əlaqə tələb edib.İraqçi vurğulayıb; "Tarixən təcrübə göstərir ki, diplomatiyaya mane olmaq və gərginliyi artırmaq, o cümlədən yalan iddialar irəli sürmək üçün istənilən çarəsiz addımı atmağa hazır olan üçüncü tərəflər var. İran həqiqətən nə baş verdiyini aydınlaşdırmaq üçün əməkdaşlıq etməyə hazırdır və biz bir daha vurğulayırıq ki, Britaniya hakimiyyəti vətəndaşlarımız üçün lazımi hüquqi prosedurları təmin etməlidir".Qeyd edək ki, İngiltərə polisi bazar günü bildirib ki, onlar səkkiz nəfəri, o cümlədən yeddi İran vətəndaşını “terror aktı törətmək üçün plan hazırlamaq” və “milli təhlükəsizliyə qarşı cinayət törətmək” ittihamı ilə həbs ediblər.