İraqçi: Ümid edirik ki, Hindistan və Pakistan regionda gərginliyin artmasının qarşısını alacaq
İranın xarici işlər naziri Seyid Abbas İraqçi Hindistanın paytaxtı Yeni Dehliyə gəldikdən sonra həm Hindistan, həm də Pakistanı təmkinli olmağa vəiki ölkə arasında mövcud gərginliyi nəzərə alaraq, regionda gərginliyin artmasının qarşısını almağa çağırıb.
Seyid Abbas İraqçi jurnalistlərə verdiyi açıqlamada səfərin məqsədləri barədə deyib: "Bu səfər çoxdan planlaşdırılıb və onun əsas məqsədi iki ölkə arasında birgə iqtisadi komissiyanın iclasını keçirməkdir".O, əlavə edib: "Bu səfərdə məni ölkənin iqtisadiyyat nazirliyinin rəsmiləri müşayiət edir. Bu səfər zamanı iki ölkə arasında xüsusi əhəmiyyət kəsb edən iqtisadi əməkdaşlıq araşdırılacaq və nəzərdən keçiriləcək”.İran xarici işlər naziri davamında deyib: "Eyni zamanda, biz həmişə Hindistanla mühüm regional və beynəlxalq məsələlərlə bağlı siyasi məsləhətləşmələr aparmışıq, xüsusən indi şərait daha xüsusi olduğundan, bu məsləhətləşmələr daha yaxın forma alır və yeni ölçülərə malikdir".İranın diplomatik aparatının rəhbəri ümidvarlıq edib ki, Hindistan və Pakistan təmkinlik nümayiş etdirərək, regionda gərginliyin artmasının qarşısını alacaqlar.O, deyib: "Bu səfər zamanı mən həmkarımla görüşəcəyəm və regional məsələləri nəzərdən keçirəcəyəm. Təbiidir ki, biz gərginliyi azaltmaq istəyirik və ümid edirik ki, hər iki tərəfin təmkinliliyi vəziyyətin daha da gərginləşməsinin qarşısını almağa kömək edəcək".İraqçi, həmçinin vurğulayıb: "Regionumuzun sakitliyə, xüsusilə də region ölkələri arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə ehtiyacı var və ümid edirik ki, bu baş verəcək".