Kamalvəndi:
İran uranı zənginləşdirən və nüvə silahı olmayan yeganə ölkə deyil
İranın Atom Enerjisi Təşkilatının sədr müavini Behruz Kamalvəndi ABŞ dövlət katibinin açıqlamasına cavab olaraq, vurğulayıb: "İran uranı zənginləşdirən, eyni zamanda nüvə silahına malik olmayan yeganə ölkə deyil”.
ABŞ dövlət katibi Marko Rubio İran İslam Respublikasını uranı zənginləşdirmək hüququndan məhrum etmək üçün iddia edib ki, İran nüvə silahına malik olmayan, lakin uranı zənginləşdirmə hüququna malik olan yeganə ölkədir.
Rubio davamında belə sərsəmləyib: "İran zənginləşdirilmiş uranı idxal etməli və zənginləşdirmə hüququna malik olmamalıdır".
Behruz Kamalvəndi qeyd edib ki, Belçika, Hollandiya, Cənubi Koreya, Yaponiya, Argentina və Almaniya kimi ölkələr də nüvə silahına malik deyillər, lakin uranı zənginləşdirirlər. Ona görə də demək lazımdır ki, İran uranı zənginləşdirən və eyni zamanda nüvə silahına malik olmayan yeganə ölkə deyil.
O, əlavə edib: "Görünür, Amerika rəsmiləri bəyanat verərkən bir az mütaliə etməli və diqqətlə danışmalıdırlar".