May 10, 2025 14:18 Asia/Baku
  • Ali Məqamlı Rəhbər işçiləri qəbul edib

İslam İnqilabının Ali Məqamlı Rəhbəri buyuurblar: "Müsəlman xalqlar Fələstin məsələsinin unudulmasına imkan verməməlidirlər".

İslam İnqilabının Ali Məqamlı Rəhbəri bu gün İranda "Əmək və Fəhlə Həftəsi" münasibəti ilə ölkənin hər yerindən gələn bir qrup işçi və fəhləni qəbul ediblər. 

Ali Məqamlı Rəhbər bu görüşdə işçilərin cəmiyyətdəki yerinə toxunaraq, işçiləri cəmiyyətin sabitlik və davamlılığının sütunlarından biri və ilin şüarı olan “İstehsalata sərmayə”nin reallaşması üçün əsas kapital hesab ediblər. 

Həzrət Ayətullahül-üzma Xamenei, iş təhlükəsizliyinin təmin edilməsi, məharətlərin artırılması və işçilərin istehsalın mənfəətində şərik edilməsi kimi zərurətlərə işarə edərək, vurğulayıblar: "Yerli məhsullar və mallardan istifadə edilməsi ölkədə bir mədəniyyətə çevrilməlidir və əlbəttə bunun kənarında yerli malların keyfiyyəti də artırılmalıdır". 

Ali Məqamlı Rəhbər, həmçinin çıxışının başqa bir hissəsində Fələstin məsələsinə və sionist rejimin ABŞ və İngiltərənin dəstəyi ilə Qəzzə və Fələstin xalqına qarşı törətdiyi  cinayətlərə və qırğınlara toxunaraq, qeyd ediblər ki, millətlər sionist rejim və onun tərəfdarlarının cinayətlərinə qarşı durmalıdırlar və Fələstinlə bağlı məsələlərin unutdurulmasına imkan verməməlidirlər. 

Həzrət Ayətullahül-üzma Xamenei Fələstin məsələsinin unutdurulmasına çalışan qərəzli siyasətlərə toxunaraq, vurğulayıblar ki, müsəlman xalqları müxtəlif şayiələrlə, yersiz və mənasız sözlər gündəmə gətirməklə, insanların diqqətini Fələstin və Qəzzə məsələsindən və sionist rejimin cinayətlərindən yayındırmağa imkan verməməlidirlər. 

O Həzrət bütün dünyanın sionist rejim və onun tərəfdarlarının qarşısında dayanmasının zəruriliyin vurğulayaraq, buyurublar: "Amerika sözün əsl mənasında sionist rejimi dəstəkləyir. İndi siyasət aləmində elə sözlər danışılır ki, onların əksi düşünülə bilər, amma reallıq budur ki, məzlum Fələstin və Qəzzə xalqı bu gün təkcə sionist rejimlə deyil, həm də Amerika və İngiltərə ilə üz-üzədir və onlar cinayətlərin və qırğınların qarşısını almaq əvəzinə, silah və təchizat göndərməklə cinayətkarı bu cür dəstəkləyir və gücləndirirlər". 

Ali Məqamlı Rəhbər qeyd ediblər ki, Allahın köməyi, izzəti və cəlalı ilə Fələstin sionist işğalçılar üzərində qələbə çalacaq və batilin bir neçə günlük cövlanı sona çatacaqdır. Necə ki, Suriyada gördükləri işlər onların gücündən deyil, zəifliyindən xəbər verir və inşallah daha çox zəifliyə səbəb olacaq.