May 10, 2025 17:39 Asia/Baku

İranın yüksək rütbəli rəsmisi Press TV-yə müsahibəsində bildirib ki, ABŞ-ın Qərbi Asiya üzrə elçisi Stiv Vitkoffun son açıqlamaları İran xalqının ABŞ-ın maksimum təzyiq siyasətinə aludə olmasına dair şübhələrini təsdiqləyir.

Vitkoff iddia edib ki, zənginləşdirmə proqramı “İran dövlətində bir daha heç vaxt mövcud ola bilməz”.

 Rəsmi Vitkoffun İranın nüvə proqramı və zənginləşdirilməsi ilə bağlı son şərhlərinə cavab olaraq, deyib: “Bu cür mövqelər nəinki Amerikada qərar qəbul edənlərin qeyri-sabitliyini və etibarsızlığını ortaya qoyur, həm də Amerika tərəfinin “Neokon-ların və Netanyahunun təsiri və vəsvəsəsi altında” olduğuna dair şübhələri gücləndirir.

Rəsmi qeyd edib ki, ölkədə bəziləri hətta keçən aydan bəri iki tərəf arasında dolayısı ilə aparılan nüvə danışıqlarının bütün prosesinin “artan təzyiqə və növbəti aqressiyaya haqq qazandırmağa yönəlmiş bir nümayiş” olduğuna inanır.

“Bu səbəbdən də İran İslam Respublikası bu prosesə ehtiyatla və şübhə ilə, lakin tam xoş niyyətlə daxil olub və indiyə qədər öz yanaşmasında sabitlik nümayiş etdirib”, - o qeyd edib.

İran rəsmisi əlavə edib: “İran İslam Respublikası həmişə bəyan edib ki, o, nüvə silahı hazırlamaq niyyətində deyil və bununla bağlı daha çox etimad yaratmağa hazırdır. Bununla belə, qarşı tərəflərin məqsədi İran xalqını Nüvə Silahlarının Yayılmaması Müqaviləsi və beynəlxalq hüququn fundamental prinsipləri üzrə ayrılmaz hüquqlarından məhrum etməkdirsə, bu, əlbəttə ki, baş verməyəcək".

O, daha sonra bildirib ki, top indi Amerikanın meydanındadır və ABŞ qərar verməlidir ki, razılıq əldə etmək istəyir və ya neokonların və Netanyahunun müharibəyə əsaslanan planlarına əməl etmək istəyir.