May 12, 2025 14:12 Asia/Baku
  • Arif: İran-Özbəkistan ticarəti 2 milyard dollara çatacaq

İranın birinci vitse-prezidenti deyib: "İran və Özbəkistan rəsmilərinin İran-Özbəkistan Birgə İqtisadi, Ticarət, Elm və Mədəniyyət Komissiyasının 16-cı iclasının müddəalarının həyata keçirilməsi üçün iradəsi ilə iqtisadi, ticarət, elmi və mədəni əlaqələrin artmasına və irəliləməsinə şahid olacağıq".

Birinci vitse-prezident Məhəmmrza Arif qeyd edib ki, bank köçürmələrinin asanlaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi, malların tranziti və nəqliyyat xərclərinin azaldılması, iki ölkə arasında ticarət əlaqələrini gücləndirmək üçün maneələri aradan qaldırmaq və lazımi infrastrukturu təmin etmək üçün zəruri tədbirlərdəndir. 

Məhəmmrza Arif bazr günü Tehranda hər iki ölkənin iqtisadi fəalları və özəl sektor nümayəndələrinin iştirakı ilə keçirilən İran-Özbəkistan ticarət forumunda bildirib ki, İran İslam Respublikasının xarici siyasətinin əsas prioriteti qonşu ölkələr və region ölkələri əlaqələri inkişaf etdirməkdir.

O, Özbəkistan Respublikası ilə hərtərəfli əlaqələrin gücləndirilməsinin İran üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, iki ölkə arasında 2024-cü ildə 500 milyon dollara çatan ticarət həcminin daha da arta və genişlənə biləcəyini bildirib.