May 20, 2025 10:23 Asia/Baku
  • Şəhid Rəisi tarixə necə düşdü?

Bu günlər İran xalqı Xidmət Şəhidlərinin xatirəsini böyük ehtiramla yad edir.

 İran İslam Respublikasının 13-cü hökumətinin başçısı mərhum prezident Seyid İbrahim Rəisi 2024-cü il mayın 20-də Araz çayının üzərində salınmış Qız Qalası su bəndinin açılış mərasimindən Təbriz şəhərinə qayıdarkən Şərqi Azərbaycan vilayətinin Vərzəqan bölgəsində helikopter qəzasına uğrayıb. Helikopterdə Ali Rəhbərin nümayəndəsi və Təbriz şəhərinin imam-cüməsi Ayətullah Ali-Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti, Prezidentin Mühafizə Xidmətinin komandiri briqada generalı Seyid Mehdi Musəvi, cangüdənlər və ekipaj üzvləri olub.Bu ürək-yandırıcı hadisənin ardınca 14-21 may tarixləri İran İslam Respublikası təqvimində xidmət şəhidlərinin xatirəsini yad etmək üçün Xidmət Həftəsi kimi təyin edilib.Qeyd edək ki, 2024-cü ilin may ayında prezident Seyid İbrahim Rəisinin helikopter qəzasında şəhid olması, təkcə İran daxilində deyil, bütün regionda və İslam dünyasında dərin hüzn yaratdı. Və indi onun şəhadətindən bir il sonra ölkə boyunca keçirilən anım mərasimləri və ictimai tədbirlər mərhum prezidentin siyasi və dini irsinə xalqın böyük ehtiramla yanaşdığını göstərir.Rəisini “xalqın sadiq xidmətçisi” adlandıran İslam İqnilabının Aliməqamlı Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei məlum faciədən sonra, 26 may 2024-də xidmət şəhidlərinin ailələri ilə görüşdə xalq üçün işləmək, xalqa xidmət etmək və xalqla olmağın bu şəhidlərin ən bariz xüsusiyyətləri olduğunu vurğulayaraq bildirmişdir: “Mərhum şəhid cənab Rəisinin gecəsi-gündüzü yox idi, sözün həqiqi mənasında yorulmaq bilmirdi. Cənab Rəisi və cənab Əmir Abdullahiyanın həm daxili cəbhədə, həm də xarici cəbhədəki xidmətləri və səylərinin təfsilatı geniş və müfəssəldir. Mərhum şəhid Ali-Haşimin də ən üstün cəhətlərindən biri Cümə namazının mənasını dəyişmək olmuşdur. O, Təbrizin imam cüməsi təyin edildikdən sonra bu namazı quru ibadi bir əməldən əhatəli bir ibadi, mənəvi, xidməti və xalqa məxsus olan bir əmələ çevirdi”.Müəzzəm Rəhbərin fikrincə, “Cənab Rəisi seçki kompaniyasına daxil olduğu ilk gündən İnqilabın şüarları və İmamın sözləri üzərində dayandı. Və bütün dünya onu İnqilabın prezidenti adı ilə tanıdı. Bu kontekstdə xalq bu kişini belə əzəmətlə dəstəkləyib yüksək qiymət verirsə, bu, İnqilabın şüarlarına dəstək deməkdir”.Beləliklə də mərhum prezident Seyid İbrahim Rəisinin şəhadəti İran üçün yalnız bir prezidentin itkisi deyildir, o, həm də İran tarixinə milli və dini kimliyi birləşdirən bir sima olaraq düşmüşdür.Rəisi bütün siyasi fəaliyyətində İslam İnqilabının əsas prinsiplərinə sadiq qaldı. Onun fəaliyyəti İnqilab Rəhbərliyinin xəttinə uyğun idi və özünün siyasi həyatında “inqilabçı ruh” anlayışını təmsil edirdi. Ədalət, təvazökarlıq və təbəqələr arasında bərabərlik çağırışları onun əsas çıxış mövzuları idi.