Sionist rejim ordusu Xan Yunus sakinlərinə göstəriş verib
Sionist rejim ordusunun ərəb dili üzrə sözçüsü etdiyi xəbərdarlıqedici müraciətdə Xan Yunus şəhərinin sakinlərindən istəyibdir ki, bölgəni dərhal boşaldıb, misli görünməmiş bir hücuma hazırlaşsınlar.
Sionist rejimin yeddinci telekanalının məlumatına görə, sionist rejim ordusunun ərəbcə sözçüsü Avixay Adraii Xan Yunusda və Qəzzənin başqa bölgələrində geniş təxliyyə barədə xəbərdarlıqedici müraciət edib.Bu sionist rejim mediasının məlumatına əsasən, Xan Yunus əhalisinin boşaldılması üzrə cəhd, «Gideon arabaları” adlı hərbi əməlilyyatın bir hissəsi kimi Qəzzə müqavimətinə qarşı həyata keçiriləcək.Məlumatda deyilir ki, təxliyyə xəbərdarlığı misli görünməmiş bir hücuma hazırlıq məqsədilə verilib.Xəbərlərə əsasən, sionist rejimin sionist əsirlərlə bağlı məlumatları əldə etmək məqsədi güdən Xan Yunusdakı vəhşicəsinə əməliyyatı dünən səhərdən başlanıb və bu bölgəyə qarşı otuzdan çox hücumda mülkilərdən onlarla nəfər şəhid olub və yaralanıbdır.