İranda Xidmət Şəhidlərinin xatirəsi ehtiramla yad edilir
Pezeşkiyan iki şəhidin ailəsinə baş çəkib
May 20, 2025 10:13 Asia/Baku
İran İslam Respublikasının prezidenti Təbrizin mərhum cümə imamı və şəhid Rəisinin mühafizə dəstəsinin başçısının ailəsi ilə görüşüb.
Bu məlumata əsasən, Məsud Pezeşkiyan bu bazar ertəsi axşam saatlarında Təbrizin mərhum cümə imamı mərhum Ayətullah Ali-Haşim və mərhum Prezidentin Təhlükəsizlik Qrupunun komandiri mərhum Seyid Mehdi Musəvinin evində olub, onların ailələri ilə görüşüb, onlara təsəlli verib.
Prezident bu görüşlərdə şəhid Ayətullah Ali-Haşim və şəhid Musəvinin səmimiyyət ruhunu yüksək qiymətləndirib, onların ailə üzvlərinə cansağlığı arzulayıb.
Bu iki şəhidin ailə üzvləri də doktor Pezeşkiyana xalqa xidmət yolunda uğurlar arzulayıblar.